Bloqa keçək

14 Yan 2025 9 MIN READ

Şirkətiniz əhəmiyyətli dəyişikliklərə hazırdırmı? Süni intellekt müasir dövrün əsas aspekti kimi

#штучний_інтелект

2022-ci ilin noyabr ayında Chat GPT-nin ümumi istifadəyə təqdim olunan versiyasının buraxılmasından sonra, bir həftə ərzində milyon istifadəçi qazandı və hər keçən gün daha da populyarlaşır. Artıq ənənəvi olaraq, əksəriyyət onu Aİ (Süni İntellekt) ilə eyniləşdirir.

Bununla belə, süni intellekt, hətta Chat GPT-nin aid olduğu koqnitiv xidmətlərindən daha geniş bir anlayışdır. Xüsusilə, bu, maşın öyrənməsi, kompüter görməsi, səs tanınması və məlumatların təhlili kimi sahələri əhatə edir.

Koqnitiv xidmətləri nəzərə alsaq, onların tətbiqi səviyyəsinə görə belə bir bölgü mövcuddur: səsin tanınması – voice recognition (25%); əhvalın təhlili – sentiment analysis (10%); şəkil tanıma – image recognition (20%); fərdiləşdirmə – personalization (10%); təbii dilin emalı – NLP (35%).

Süni intellekt, şübhəsiz ki, biznes üçün sonsuz imkanlar açır. Onun tətbiqindən sonra şirkətlərin əldə etdiyi üstünlüklərdən yalnız bəziləri bunlardır: müştərilərlə təkmilləşdirilmiş qarşılıqlı əlaqə; əməliyyat səmərəliliyinin artırılması; idarəetmə qərarlarının qəbulu prosesinin yeni dəqiqlik səviyyəsinə çatdırılması; informasiya sistemlərinin təhlükəsizliyinin təkmilləşdirilməsi. Son illər isə süni intellekt əsasında innovativ məhsul və xidmətlərin yaradılması ilə yadda qalıb.

Hər bir şirkət konkret ehtiyaclara əsaslanaraq öz “ağıllı həllər paketini” seçir. Bununla belə, istənilən halda, AI ilə biznes transformasiyası daha mürəkkəb alqoritmlərin və həllərin tətbiqi üçün əsas olan məlumatların toplanması və təhlili texnologiyalarına investisiyalardan başlayır.

Beləliklə, əgər biznes proseslərinin modernləşdirilməsinə “hə” demək qərarına gəldinizsə, ERP həllini seçmək barədə düşünməlisiniz. Yadda saxlamaq lazımdır ki, ERP müəssisənin bütün proseslərində, o cümlədən AI-nin biznesinizin xeyrinə işləyəcəyi məlumatların emalı və inteqrasiyasında, əsas rol oynayır. Buna görə də, həm şirkət daxilində, həm də tərəfdaşlar və investorlar arasında bu sistemə inamın dərəcəsi çox vacibdir.

Məsələn, Microsoft-un aparıcı tərəfdaşı olan SMART business şirkətinin həlləri beynəlxalq standartlara cavab verir və onlara asanlıqla nəzarət etmək və yoxlamaq imkanı ilə biznes proseslərinin avtomatlaşdırılmasını təmin edir. Eyni zamanda, onlar hər bir konkret biznesin “ən gözlənilməz” ehtiyaclarına çevik şəkildə uyğunlaşdırılır və sürətlə tətbiq olunur. Real vaxt rejimində analitika və süni intellekt imkanlarının sistemə inteqrasiyası sayəsində bu həllər həm fərdi biznes proseslərinin, həm də ümumilikdə biznesin səmərəliliyinə nəzarət etmək, həmçinin, resursları planlaşdırmaq və bölüşdürmək üçün rahat və etibarlı bir vasitədir.

Əgər süni intellektin ən geniş istifadə sahələrindən bəhs etsək, olduqca geniş bir siyahı əldə edərik:

  • Öndə gedən sahə xidmət sahəsidir. Dünyada getdikcə daha çox şirkət yüksək səviyyəli xidmət göstərmək üçün süni intellektə etibar edir. AI əsaslı müxtəlif tövsiyə sistemləri mövcuddur ki, bunlar istehlakçıların əvvəlki seçimlərini təhlil edərək onların məmnunluq səviyyəsini artırmaq üçün tövsiyələr təqdim edir; həmçinin 24/7 müştərilərin tez-tez verdiyi suallara cavab verən çat-botlar və virtual köməkçilər fəaliyyət göstərir. McKinsey araşdırmasına görə, Şimali Amerikada bank xidmətləri, telekommunikasiya və proqram təminatı satışı ilə bağlı müştəri müraciətlərinin təxminən yarısı süni intellektə əsaslanan avtomatik həllərlə işlənir. Bu halda işçilər bir mütəxəssisin daha hərtərəfli işləməsini tələb edən xidmət məsələlərinin həllinə fokuslana bilərlər.
  • Təchizat zəncirinin idarə olunmasında, xüsusilə tələbin proqnozlaşdırılması və logistika sahəsində, çatdırılma marşrutlarının optimallaşdırılması üçün istifadə olunur.
  • Marketinqdə fərdiləşdirilmiş reklamın yaradılması üçün istifadə olunur, yəni konkret müştəri üçün ən uyğun təkliflər və reklam elanları təqdim olunur.
  • Maliyyə analizində – kredit risklərinin təhlilini təkmilləşdirmək və yüksək dəqiqliklə fırıldaqçılıq hərəkətlərini aşkar etmək üçün istifadə edilir. Xüsusilə, süni intellektlə maliyyə qurumları müştərilərin kredit qabiliyyətini qiymətləndirilməsi prosesini avtomatlaşdıra bilər və şübhəli əməliyyatları dərhal aşkar edərək riskləri azaldır və mümkün zərərləri minimuma endirir
  • Tibb sahəsində – xəstəliklərin diaqnostikasında istafadə edilir. Maraqlı bir təcrübə PathAI şirkətinin təcrübəsidir ki, bu şirkət maşın öyrənməsinə əsaslanan texnologiyalarından istifadə edərək toxuma nümunələrini təhlil edərək onlarda patoloji mövcudluğunu müəyyən edir. Atomwise əczaçılıq şirkəti isə dərmanların ixtirasını sürətləndirmək üçün dərin öyrənmə texnologiyalarından istifadə edir. Burada süni intellekt milyardlarla mümkün kimyəvi birləşməni təhlil edərək araşdırmalar üçün perspektivli sahələri axtarır.
  • İstehsalatda – istehsal xətlərinin avtomatlaşdırılması, ehtiyat ehtiyaclarının proqnozlaşdırılması və iş prosesinin optimallaşdırılması üçün istifadə olunur.
  • «Telefon dələduzlarından» qorunmaq üçün. Məsələn, Motorola Solutions mütəxəssisləri real vaxt rejimində 911 xidmətinə edilən zənglərin transkribasiya edilməsi və səsli komandaların tanınması üçün süni intellektdən istifadə edirlər. Bu, kritik vəziyyətlərdə «telefon dələduzlarını» ayıraraq lazımi məlumatların daha sürətli və dəqiq verilməsinə kömək edir. O, zəng edənlərin emosional vəziyyətinin dəqiq qiymətləndirilməsinə əsaslanır.
  • İnsan Resursları və işə qəbul sahəsində – CV-lərin təhlil edilməsi, vakansiyalar üçün potensial namizədlərin proqnozlaşdırılması, ilkin müsahibələrin keçirilməsi, işçilərin ixtisasının artırılması (Upskiling) və yeni bacarıqların öyrənilməsi (Reskiling) üçün istifadə olunur. Məsələn, Skillsoft təhsil texnologiyaları şirkəti Conversation AI Simulator (CAISY) proqramını hazırlayıb. Bu proqram istifadəçilərə biznes müzakirələri aparmağı təcrübədən keçirməyə, biznes təkliflərinin verilməsi və xidmət prosesində münaqişəli vəziyyətlərin həlli üzrə bacarıqlar əldə etməyə imkan verir

SMART business şirkətinin AI əsaslı həllərinin İT-ekosistemi

Aydın məsələdir ki, texnoloji inkişafın hazırkı mərhələsində süni intellektə investisiyalar yaxın gələcəkdə öz rəqabət qabiliyyətinə edilən investisiyalar deməkdir. McKinsey araşdırmasının məlumatlarına görə, pərakəndə satış şirkətlərinin yaxın 2-3 ildə süni intellektə əsaslanan texnologiyaları necə aktiv şəkildə tətbiq etmələri onların ən azı növbəti iki onillikdə uğurlarını müəyyən edəcək.

Bəs biznes bu dəyişikliklərə necə adaptasiya olmalı və daima «geri qalmamaq», sabit şəkildə böyümək üçün hansı səmərəlilik səviyyəsinə çıxmalı? Öz ağıllı transformasiya hekayənizi haradan başlamaq lazımdır?

Proqnozlaşdırılan analitika sahəsində mütəxəssislər öz biznes ehtiyaclarınızın gözdən keçirilməsi və resursların qiymətləndirilməsi ilə başlamağı tövsiyə edirlər.

Problemləri “diaqnostika” etməlisiniz – məsələn, pik mövsümdə tələbin qeyri-dəqiq proqnozlaşdırılması və ya promo qiymətlərinin təyin edilməsində səhvlər; səmərəsiz promo aksiyalar və ya işçi heyətinin bərabər yüklənməsində çətinliklər… Bununla belə, bu boşluqlara görə öz analitiklərinizi, marketoloqlarınızı və ya İR mütəxəssislərini günahlandırmağa tələsməyin. Məlumatların təhlili rejimini süni intellektə həvalə edin və işçilərinizə yaradıcılıq üçün yer ayırın və strateji tapşırıqlara diqqəti yönəltmək imkanı verin.

  • rectangle 654
    Artem Stepanov SMART Demand Forecast Product Owner

Növbəti addım bazarda mövcud olan geniş alətlər arasından öz ehtiyaclarınıza uyğun həlli seçməkdir. Bu mərhələ təkcə həllərin funksionallığının deyil, həm də texniki və xidmət dəstəyinin mövcudluğunun, miqyaslılığın və mövcud sistemlərlə inteqrasiyanın ətraflı şəkildə təhlilini nəzərdə tutur. Bu kontekstdə Microsoft texnologiyalarına əsaslanan innovativ həllər üstünlük təşkil edir. Məsələn, SMART business komandasının süni intellektə əsaslanan məhsullarının portfoliosunu nəzərdən keçirək:

  • SMART Demand Forecast maşın öyrənməsi və süni intellektə əsaslanan tələbin proqnozlaşdırılması sistemidir. Müxtəlif qranulyasiya səviyyələrində müntəzəm və promo satışlar üçün kompleks proqnozlaşdırma təmin edir.
  • SMART Price Insights qiymət formalaşdırma prosesini tam avtomatlaşdıran və qiymətlərin idarə olunması üçün vahid məkan yaradan süni intellekt əsasında işləyən qiymət həllidir. Dinamik qiymət təyin etmə sayəsində siz həmişə bazar tələblərinə cavab verə biləcəksiniz, adaptiv strategiya parametrləri sistemi isə sizə biznes çağırışlarına sürətli və effektiv şəkildə cavab verməyə imkan verəcək.
  • SMART Personal Engagement marketinq proseslərini və müştərilərlə fərdi qarşılıqlı əlaqəni optimallaşdırmaq üçün sistemdir. Bu, hədəf auditoriyalarının yaradılması üçün bir növ konstruktordur. Böyük miqdarda müştəri məlumatlarını seqmentləşdirməyə və marketinq kampaniyalarını fərdiləşdirməyə imkan verir. Əgər müştərilərlə ünsiyyətin optimallaşdırılmasına dair ən yaxşı strategiyanı tapmaq lazımdırsa, bu sistem əvəzolunmaz köməkçidir.
  • SMART Flexi Scheduler komandanın iş saatlarının çevik idarə edilməsi üçün işçi qüvvəsinin idarəetmə (workforce management) sistemidir. Süni intellekt alqoritmləri tarixi məlumatları təhlil edir və gələcək ehtiyacları proqnozlaşdırır, işçi qüvvəsinin səmərəli istifadəsini təmin edir və xərcləri azaldır. Həll kadr tələbatını dəqiq proqnozlaşdırmağa imkan verir (ixtisas tələbləri və məhdudiyyətlər nəzərə alınmaqla)

Microsoft texnologiyaları, fərdiləşdirilmiş xidmətlər və süni intellektə əsaslanan vahid İT ekosisteminin qurulmasına kompleks yanaşma şirkətlərə dəyişikliklərə tez reaksiya verməyə, biznes proseslərinin səmərəliliyini artırmağa və sürətlə miqyaslanmağa imkan verir.

SMART Demand Forecast – proqnozların qurulmasında sizin “altıncı hissiniz”

Bununla belə, biznes üçün ən inandırıcı dil rəqəmlərin dilidir. Beləliklə, gəlin Gürcüstandakı McDonald’s restoranlar şəbəkəsində SMART Demand Forecast tələbin proqnozlaşdırılması sisteminin tətbiqi ilə bağlı real bir nümunəni nəzərdən keçirək.

Hazırda şəbəkə 23 restoranı əhatə edir. Hər gün 1500-dən çox işçi təxminən 35 min qonağa xidmət göstərir və eyni zamanda onlar ən yüksək standartlara riayət edirlər. Əlbəttə ki, belə şəraitdə innovativ texnologiyalar üzərində qurulmuş ciddi proqnozlaşdırıcı analitikaya ehtiyac yaranır. McDonald’s Gürcüstanda artıq uzun müddətdir bu texnologiyalardan istifadə edir.

Ancaq şirkət əvvəllər növbəti 3 ay üçün hər ay üzrə bütün şəbəkə səviyyəsində tələbin proqnozlaşdırılmasını nəzərdə tutan bir həll istifadə edirdi. Belə geniş proqnoz intervalı tələbin qısamüddətli dəyişikliklərini nəzərə almağa imkan vermirdi, xüsusilə, proqnozun mövsümi dalğalanmalardan və ya müxtəlif növ lokal hadisələrdən asılılığını. Eyni zamanda, tələbin proqnozlaşdırılması bütün şəbəkə üzrə həyata keçirildiyi üçün proqnozun hər bir ayrı restoranın real mənzərəsini dəqiq əks etdirməməsi də dəqiqliyin azalmasına təsir göstərirdi.

Nəticə etibarilə, SMART business komandasının peşəkarlığını nəzərə alaraq, mütəxəssislərə daha uyğun bir həll təqdim etmək təklif edildi.

SMART Demand Forecast həllinin tətbiqi tələbin proqnozlaşdırılmasını həftəlik səviyyədə toplanmasına və hər bir məhsul və restoran üzrə detallaşdırılmasına imkan verdi. Eyni zamanda, uyğunsuzluqların və səhvlərin qarşısını almaq üçün bütün restoran şəbəkəsi üzrə məlumatların və proqnozların uyğunluğu təmin edildi.

SMART Demand Forecast həllinin tətbiqi nəticəsində aşağıdakı nəticələr əldə olunub

  • 4 həftə müddətində həftəlik məlumatların toplanması əsasında hər bir restoran üçün satış proqnozunun 83% dəqiqliyi;
  • 12 həftə müddətində həftəlik məlumatların toplanması əsasında hər bir restoran üçün satış proqnozunun 80% dəqiqliyi;
  • Qlobal biznes ictimaiyyəti arasında norma olan proqnozun yerinə yetirilməsindən orta hesabla 5%-ə qədər kənarlaşma.

Bunun nəticəsində şirkət tələbin proqnozlaşdırılması prosesini və buna uyğun olaraq ehtiyatların idarə edilməsini optimallaşdırmağa, həmçinin müştəri məmnuniyyətini artırmağa və əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaltmağa nail oldu.

Bu, McDonald’s-ın Gürcüstandakı restoran şəbəkəsinin işçilərinə hər bir istehlakçı üçün unikal müştəri təcrübəsi yaratmağa fokuslanmağa imkan vermişdir, bu da brendə olan sadiqliyi artırmağa kömək etmişdir.

SMART Demand Forecast haqqında bilməli olduğunuz əsas amillər

SMART Demand Forecast həllinin biznes tərəfindən artıq qiymətləndirdirilən əsas üstünlükləri həm promo, həm də müntəzəm satışların yüksək keyfiyyətli proqnozlaşdırılmasıdır. Həllin üstünlüklərindən biri də ssenari əsasında proqnozlaşdırmadır. Müxtəlif promo kampaniyalarının gedişatını modelləşdirərək və müəyyən bir qiymət təyin etməklə hansı həcmdə malların satılacağını başa düşə bilərsiniz və beləliklə büdcənizi riskə atmaq məcburiyyətində olmayacaqsınız.

Həlli tətbiq etdikdən sonra aşağıdakıları edə biləcəksiniz:

  • krossfunksional komandaların iş yükünü azaltmaq;
  • ehtiyatların sayını optimal səviyyəyə endirmək;
  • istehlakçıların müraciətlərinə daha dəqiq cavab vermək və məhsulların daha yüksək mövcudluğunu təmin etməklə xidmət səviyyəsini yüksəltmək;
  • silinmələrin sayını azaltmaq
  • əsaslandırılmış idarəetmə qərarları qəbul etmək;
  • hesabatları sürətlə almaq.

SMART ARSTE RAU 20240920 2 az

Proqnozlaşdırma dəqiqliyi biznesinizin mənfəətliliyinə necə təsir edəcəyini burada hesablaya bilərsiniz:
Potensial mənfəəti hesablayın

Tələbin Proqnozlaşdırılması Sistemi

Maşın öyrənməsi və süni intellekt alqoritmləri ilə proqnozlaşdırma dəqiqliyini artırın!

Təqdimat sifariş edin