SMART Decision HUB

Demand Forecast haqqında

Sistem proqnozlaşdırma prosesini sadələşdirir və onun dəqiqliyini artırır. Eyni zamanda təchizat zənciri komandasının üzərinə düşən əməliyyat yükünü azaldır və ona diqqəti əməliyyat tapşırıqlarından strateji olanlara çevirməyə imkan verir.

SMART Demand Forecast
istifadənin üstünlükləri

Müntəzəm və promo satışlrarının dəqiq proqnozlaşdırılması biznesinizin vaxtında müvafiq inventarla təmin olunmasına, satışları maksimum dərəcədə artırmağa və aşağı xərclərlə xidmət səviyyəsini yüksəltməyə imkan verəcək.

AI və ML ilə artan proqnoz dəqiqliyi

SMART Demand Forecast maşın öyrənməsi və süni intellekt alqoritminə əsaslanır. Bu, proqnozun düzgünlüyünə təsir edən bütün zəruri amilləri , o cümlədən müəyyən SKU (Anbar saxlama vahidi) və məhsul qrupu ilə təcrübənizi nəzərə almağa kömək edəcək.

Etiyatların azaldılması

Güclü analitika və yüksək proqnozlaşdırma dəqiqliyi malların lazımi vaxtda və lazımi miqdarda, artıq ehtiyat yaratmadan mövcud olmasını təmin etməyə imkan verir.

Mövcudluq səviyyəsinin optimallaşdırılması

Ağıllı alqoritmlər yüksək proqnoz dəqiqliyini təmin edir, bu da məhsulun mövcudluğunun yüksək səviyyədə saxlanmasına birbaşa təsir göstərir. Nəticədə siz təkcə mənfəəti artırmır, həmçinin xidmət səviyyəsini və bütövlükdə biznesin nüfuzunu yaxşılaşdırırsınız.

Əmək xərclərinə qənaət

SMART Demand Forecast planlaşdırma və analitika prosesinin optimallaşdırılması komandanın həddən artıq yüklənməsinin qarşısını almağa kömək edir, onların diqqətini əməliyyatdan strateji tapşırıqlara keçirir və insan səhvləri faktorunu azaldır.

Silinmələrin azaldılması

Proqnozlaşdırmanın yüksək dəqiqliyi anbarda artıqlığın yaranmasına yol verməməklə yanaşı, istehlakçı tələbatını ödəmək üçün malların optimal səviyyəsini təmin etməyə kömək edir. Bu da öz növbəsində silinmələrin sayını azaltmağa imkan verir.

Biznes qərarlarının qəbulunun operativliyi

Güclü Power BI analitikası sizə cari məlumatlar əsasında idarəetmə qərarlarını tez qəbul etməyə imkan verir. SMART Demand Forecast sistemində siz satış retrospektivləri apara, daxil edilən məlumatların keyfiyyətini, promo dəstlərinin keyfiyyətini və kompensasiya edilmiş satışları təhlil edə bilərsiniz.

SMART Demand Forecast sisteminin funksiyaları

  • Modelləşdirmə
  • Analoqlarla işləmək
  • Analitika

Niyə SMART Demand Forecast

Kompleks yanaşma

Retrieving data. Wait a few seconds and try to cut or copy again.

Məlumat təhlükəsizliyi

Sistem GDPR uyğunluğuna zəmanət verir və şəxsi məlumatlarınızın təhlükəsizliyinə diqqət yetirir.

Ekspert komandası

İT həllərin tətbiqi, tələbatın proqnozlaşdırılması və məlumatların idarə edilməsində təcrübəli mütəxəssislərlə qarşılıqlı əlaqə.

Microsoft -la inteqrasiya

Microsoft həllərinin vahid ekosistemindən istifadəsi sürətli və yüksək keyfiyyətli inteqrasiyalar qurmağa imkan verir.

SMART Demand Forecast
biznesinizə necə təsir edir? 

Sistem tələbatı ödəmək üçün malların optimal miqdarını hesablayır

Saış nöqtələrində zəruri mövcudluğun təmin edilməsi

Anbarda həddindən artıq ehtiyatın qarşısının alınması

İtirilmiş satışların azaldılması

Ehtiyatlarda dondurulmuş vəsaitlərin azalması

SMART Decision HUB

Pərakəndə satışda tələbatın proqnozlaşdırılması

Daha ətraflı

Artan rəqabət, promo kampaniyalarının çeşidə daimi təsiri, alış davranışının və kontekstinin dəyişməsi, dəyişən xarici amillərdən asılılıq – bütün bunlar tələbin proqnozlaşdırılmasında mühüm rol oynayır.

SMART Demand Forecast təkcə bütün bu amilləri nəzərə almağa deyil, həmçinin operativ, orta və uzunmüddətli proqnozların dəqiqliyini təkmilləşdirməyə imkan verir. İnterfeysdə quraşdırılmış Power BI bloku isə nəticələri istənilən vaxt təhlil etməyə imkan verir.

Pilot layihədə özünüz əmin olun!

Proqnozlaşdırma sistemi necə həyata keçirilir?

Addım 1

Pilot layihə

Planın tərtib edilməsi və layihənin məqsədləri və KPI -ların təyin edilməsi, bütün biznes proseslərinizin təsviri, məlumat bazanızın vəziyyətinin müəyyən edilməsi, təhlükəsiz qarşılıqlı əlaqənin təşkili. Modelin hazırlanması və işə salınması, onun nəticələrinin sonrakı təhlili.

Addım 2

Məhsulun sınağı

Test planının və cədvəlinin əlaqələndirilməsi, inteqrasiya prosesinin qurulması və həll infrastrukturunun yerləşdirilməsi. İstifadəçilər üçün sistemin istifadəsi ilə bağlı təlimlərin təşkili. Məhsulun sınaqdan keçirilməsi, nəticələrin təhlili və sistemin işə salınması barədə qərar qəbul edilməsi.

Addım 3

Sistemin işə salınması

Həllin istifadəsinin miqyası. Yaranan sorğulara uyğun olaraq sistemin funksionallığının dəstəklənməsi.

Məqsədimiz - biznesinizin nəticəsidir

Hər addımda sizinlə

Biz sizə hər mərhələdə dəstək veririk: düzgün məlumat strukturundan tutmuş bütün SKU və mağazalara alqoritmlərin tətbiqinə qədər.

Effektiv ML və AI alqoritmləri

Sistem məlumatlarınızdan daim öyrənən və proqnozlaşdırmanın dəqiqliyini təkmilləşdirən ML və AI alqoritmlərinə əsaslanır.

Məlumatların təhlükəsizliyinə zəmanət veririk

Biz yüksək səviyyədə məlumat təhlükəsizliyi və GDPR uyğunluğunun təmin edilməsinə əhəmiyyət veririk.

Proqnozun dəqiqliyini artırmaq üçün artıq sabah təqdimat sifariş edin